Avtomobillə vurduğu şəxsin cəsədi ilə birlikdə pivəxanaya getdi - FOTO

Avtomobillə vurduğu şəxsin cəsədi ilə birlikdə pivəxanaya getdi - FOTO
14:57 19 Fevral 2020
240 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da qəribə olay yaşanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, avtomobillə vurub öldürdüyü şəxsin cəsədi ilə birlikdə pivəxanaya gedən şəxs saxlanılıb.

Hadisə ABŞ-ın Texas ştatında, South Austin səmtində baş verib.

24 yaşlı Paul Joseph Garcia 2014-cü il istehsalı olan "Ford Focus" markalı avtomobili ilə piyadanı vurduqdan sonra ön şüşədən avtomobilə girən cəsədlə birlikdə yarım mildən çox məsafə qət edib.

Hadisə şahidlərinin dediyinə görə, o, avtomobilini kafenin yaxınlığında park etdikdən sonra heç nə olmamış kimi pivəxanaya girib.

Bu vəziyyətdə pivəxanaya qədər avtomobil sürən sərxoş Paul polis tərəfindən saxlanılıb. O, avtomobili sərxoş halda idarə etmə və ölümlə nəticələnən yol nəqliyyat hadisəsinə görə cəzalandırılıb.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR