“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb.
Bununla da koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların ümumi sayı 82 nəfərə çatıb.
Qurum qeyd edib ki, 30 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb. Seuldan gələn bir nəfərdə də analizlərin cavabı müsbət olub.
Yoluxanların 23-ü eyni kilsəyə gedən şəxslərdir. İki nəfər isə xəstəxanada yoluxub.