Britaniya “EuroHPC” layihəsini tərk edib

Britaniya “EuroHPC” layihəsini tərk edib
08:17 20 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə "EuroHPC" Panavropa layihəsini tərk edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Birləşmiş Krallıq layihənin yaradılmasında aktiv iştirak edərək müşahidəçi statusuna malik olub. Hazırda 31 ölkə "EuroHPC" layihəsinin tamhüquqlu üzvüdür, Malta isə müşahidəçi qismində çıxış edir.

"EuroHPC JU" tərəfindən 3 preekzaflops sinifli və 5 petaflops səviyyəli superkompüterin yaradılması üçün maliyyələşmə təsdiq edilib. Layihənin ümumi dəyəri 840 milyon avro təşkil edir. Bu məbləğin təxminən yarısı "EuroHPC" büdcəsindən ayrılacaq. Digər hissə tenderdə iştirak edən ölkələr tərəfindən ödəniləcək. Bu, bütün tender təkliflərinin qəbul olunması deməkdir.

Layihə çərçivəsində superkompüter mərkəzlərinin yerləşdirilməsi üçün səkkiz yer müəyyənləşdirilib: Sofiya (Bolqarıstan), Ostrava (Çexiya), Kayani (Finlandiya), Boloniya (İtaliya), Bissen (Lüksemburq), Minho (Portuqaliya), Maribor (Sloveniya) və Barselona (İspaniya). Bütün şəhərlər Avropanın yüksəksürətli şəbəkəsi və superkompüter mərkəzləri arasında birləşdiriləcək.

2022-2023-cü illərdə ekzaflops səviyyəli ilk superkompüterin inşası planlaşdırılır. Bundan başqa, layihənin məqsədlərindən biri ABŞ və digər ölkələrin texnologiyalarından asılılığın aradan qaldırılması üçün prosessor və digər komponentlərin yaradılmasıdır.

Böyük Britaniya "EuroHPC" layihəsini tərk etdikdən sonra superkompüterlərin inkişafı üçün yeni yollar axtarmalı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR