Britaniyada dövriyyəyə yeni əsginas buraxıldı

Britaniyada dövriyyəyə yeni əsginas buraxıldı
13:02 20 Fevral 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada üzərində rəssam Uilyam Törnerin (1775-1851) təsvir olunduğu və sintetik polimerlərdən hazırlanmış yeni 20 funt sterlinqlik əsginaslar dövriyyəyə buraxılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, yeni əsginas pambıq-parça tərkibli və üzərində iqtisadçı və publisist Adam Smitin (1723-1790) təsviri olan “20-liy”i əvəz edib.
Yeni əsginas Birləşmiş Krallıqda dözümlü polimerlərdən hazırlanan üçüncü banknot olub. Buna qədər 2016-cı ildə üzərində Uinston Çörçillin (1874-1965) təsviri olan 5 funtluq, 2017-ci ildə isə üzərində yazıçı Ceyn Ostinin (1775-1817) təsvir edildiyi 10 funtluq əsginaslar dövriyyəyə buraxılmışdı.
Yeni əsginaslar ikirəngli poliqrafik folqa və holoqramlı olmaqla saxtalaşdırılmağa qarşı ən güclü müfafiəyə malikdirlər.
Britaniya Mərkəzi Bankı artıq 2021-ci ilin sonlarına qədər üzərində riyaziyyatçı, kriptoqraf və informatikanın banisi Alan Türinqin (1912-1954) təsviri olan 50 funt sterlinqlik polimer əsginas dövriyyəyə buraxmağı planlaşdırır.

The new £20 note goes into circulation todayhttps://t.co/Pn6rVV25Jk— BBC Newsbeat (@BBCNewsbeat) February 20, 2020


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniyada-dovriyyeye-yeni-esginas-buraxildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR