Ağır atletika üzrə yarışlarda ilk qaliblərin adları məlum oldu -

Əvəz Tağıyev və Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Metbuat.az xəbər verir ki, 21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olanlar çıxıb. Toplam 195 kq (85+110) çəkini ram edən Əvəz Tağıyev çempion adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kq (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kq (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.

Növbəti qaliblər 61 kq çəki dərəcəsində müəyyən olunub. Toplam 225 kq (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 200 kq (90+110) nəticə ilə Elşən Məmmədova, bürünc medal isə toplam 199 kq (89+110) nəticə ilə Mehman Qəzənfərova qismət olub.

55 kq

NAdıİlÖlkə/ŞəhərKlubÇəkiBirdənTəkanlaToplam
1.Tağıyev Əvəz2002NeftçalaZirvə53.085110195
2.İsmayılov Qasım2005QazaxUGİM55.081103184
3.Rəhimov Kənan2004İsmayılliZirvə52.57093163
4.Həsənli Yunis2005LənkəranZirvə52.97385158
5.Kazımov Rəhim2004XırdalanZirvə55.06686152
6.Qurbanov Tofiq2005LənkəranTəhsil55.06586151
7.Səfərov Elmar2005NeftçalaZirvə53.36580145
8.Qədimov Fuad2005SumqayıtTəhsil52.96183144
9.Abdullayev Ramil2004ŞəkiZirvə54.15575130
10.Quluzadə Fərman2005GoranboyUGİM51.06070130
11.Quliyev Vüsət2004SumqayıtZirvə53.65565120
12.Abbaslı Dəyanət2003NeftçalaUGİM54.0

61 kq

NAdıİlÖlkə/ŞəhərKlubÇəkiBirdənTəkanlaToplam
1.Məmmədov Tehran2002QobustanZirvə59.6100125225
2.Məmmədov Elşən2004LənkəranZirvə57.390110200
3.Qəzənfərov Mehman1995GəncəTəhsil60.889110199
4.Həsənli Nihad2003LənkəranZirvə59.790108198
5.Nəbiyev Ravil2004BakıSpartak59.17590165
6.Hüseynli Fizuli2002SumqayıtTəhsil59.57480154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR