Gözmuncuğu şəklində olan qolbaq və sairəni taxmaq olarmı?

Gözmuncuğu şəklində olan qolbaq və sairəni taxmaq olarmı?
21:12 22 Fevral 2020
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

İslam dini tövhid əqidəsi üzərində qurulub və bu dində Allahın olduğu kimi tanınmasına mane olan hər cür addım qəti şəkildə pislənilir. Gözmuncuğu öz-özlüyündə insanı heç bir bəladan qoruya bilməz.

Milli.Az islam.az-a istinadən bildirir ki, onun belə bir xüsusiyyətə sahib olduğunu düşünən adam böyük səhvə yol verir. Əgər qəsdən belə düşünürsə, hətta Allaha imanında nöqsana yol vermiş və şirkə yol açmışdır. Lakin gözmuncuğu şəklində olan bəzək əşyalarından sadəcə bəzək niyyəti ilə istifadə etmək günah deyildir. Gözmuncuğunun insana heç bir təsir edə bilmədiyini etiraf edən şəxs ondan bəzək əşyası kimi istifadə edə bilər. Nəzərə alaq ki, burada müstəhəb və bəyənilən əməldən deyil, icazədən söhbət gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR