Çinli aşpaz 20 min maska alaraq vətəninə göndərib

Çinli aşpaz 20 min maska alaraq vətəninə göndərib
07:57 23 Fevral 2020
201 Dünya
Ölkə mətbuatı
A- A+

Estoniyanın paytaxtı Tallində restoran sahibi olan çinli aşpaz həmyerlilərinə yardım etmək məqsədilə virus əleyhinə küllü miqdarda maska alaraq ölkəsinə göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, Tallinn və Tartu şəhərlərinin təsərrüfat malları dükanından şəxsi vəsaiti hesabına 20 min maska alaraq Çinə göndərib.

"Çin əhalisi ölkə xaricində yaşayan bütün soydaşlarından maskalar gözləyir. Bunu etməyə borcluyuq. Mən axı çinliyəm. Ailəmə, dostlarıma və ölkəmə yardım etməliyəm", - deyə Han Yanq söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR