"Real Madrid"də Hazard şoku

"Real Madrid"də Hazard şoku
14:05 23 Fevral 2020
272 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" ciddi itkiylə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Eden Hazard sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hazard La Liqanın 25-ci turunun "Levante" ilə matçının (0:1) 67-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib.

Hazardın son durumu bu gün keçiriləcək tibbi müayinədən sonra bilinəcək. Belçikalı futbolçu uzun müddət idi ki, zədəli idi. Ancaq zədəsini sağaltdıqdan sonra keçirdiyi ilk oyunda sıradan çıxıb.

Hazardın "Mançester Siti" və "Barselona" ilə oyunlarda iştirak etməyəcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR