İranda parlament seçkilərinin nəticələri açıqlandı -

İranda parlament seçkilərinin nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki,daxili İşlər naziri Rəmani Fəzlinin sözlərinə görə, seçici fəallığı 42,57 faiz olub. 11-ci parlament seçkilərində 24 milyon, 512 min 404 nəfər səs verib.

Qeyd edək ki, 290 yerlik parlamentdə təmsil olunmaq üçün 1578 nəfər namizədliyini irəli sürüb. Siyasi arenanın iki böyük qüvvəsi-mühafizəkarlar və islahatçılar arasında gedən mübarizədə mühafizəkarlar daha çox mandat əldə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR