Bakı, 22 may, AZƏRTAC
İcbari Sığorta Bürosu tərəfindən 2014-cü il iyunun 15-də saat 23:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün ikinci qrup əlilliyə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 3000 AZN (üç min manat) məbləğində kompensasiya ödənişi verilib.
Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, ödəniş poçt vasitəsilə bu il mayın 20-də köçürülüb.