Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Metbuat.az bildirir ki, fevralın 26-da qızılın qiyməti fevralın 25-i ilə müqayisədə 22,7375 manat azalaraq 1 unsiya üçün 2 791,91 manat təşkil edib.

Gümüş 0,8097 manat ucuzlaşaraq 1 unsiya üçün 30,7895 manata bərabər olub.

Platinin qiyməti 57,307 manat azalaraq 1 585,301 manat, palladiumun qiyməti 116,1695 manat artaraq 4 632,585 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (Trend.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR