Avropanın daha bir ölkəsində koronavirus infeksiyası aşkarlanıb. “Report” ERR-yə istinadən xəbər verir ki, Estoniyada ilk koronavirus hadisəsi qeydə alınıb. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 804 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 184-dən çoxdur.