Yenilənmiş Hyundai i30 modelinin yeni tizerləri dərc edilib - FOTO

Yenilənmiş Hyundai i30 modelinin yeni tizerləri dərc edilib - FOTO
00:12 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Hyundai şirkəti yenilənmiş i30 modelinin yaxın zamanlarda debüt edəcəyini açıqlayaraq, yenilənmiş avtomobilin tizerini dərc edib. N Line "idman" versiyasında görüntülənmiş avtomobil, mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş tizerlərdə avtomobilin yalnız ön hissəsi təsvir edilir. Yenilənmiş Hyundai i30 N Line modeli V-şəkilli gündüz hərəkət işıqları inteqrasiya olunmuş ön LED fənərləri, iri hava girişləri olan ön bamperi və fərqli dizaynı malik olan radiator barmaqlığını əldə edib.

Bundan başqa, şirkətdən Hyundai i30 N Line modelinin yeni arxa bamperə və 16-18 düym diapazonunda diaqonala malik  olan təkər disklərə sahib oladuğu söylənilib. Salonda  isə, multimedia sisteminin və rəqəmsal cihazlar panelinin 10.25-düymlük ekranları quraşdırılıbdır.

Xatırladaq ki, Hyundai i30 modeli Azərbaycan bazarında təklif olunmur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR