Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib

Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib
10:57 28 Fevral 2020
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda hər hansı virusun, eləcə də koronavirusun yayılmasının qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər çərçivəsində indiyədək 102 məktəb, 51 məscid və 25 bağça binası dezinfeksiya edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Dezinfeksiya Stansiyasından məlumat verilib.

Stansiyadan bildirilib ki, bununla yanaşı, Bakıda 2 sinaqoq, 1 kilsə, Heydər Əliyev Sarayı, Azərbaycan Tibb Universitetininin yataqxanaları, Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Dövlət Sirkinin binaları dezinfeksiya edilib. Hazırda dezinfeksiya tədbirləri davam etdirilir.

Stansiyadan qeyd edilib ki, profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir. Məktəblərdə dezinfeksiya tədbirləri tədrisin təşkil edilmədiyi saatlarda icra edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR