Türkiyə Suriyada 309 muzdlunun öldürüldüyünü açıqladı

Türkiyə Suriyada 309 muzdlunun öldürüldüyünü açıqladı
13:37 28 Fevral 2020
103 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Milli Müdafiə Nazirliyi Bəşşar Əsədə sadiq qüvvələrin itkilərini açıqlayıb.
“Report”un “Anadolu”ya istinadən məlumatına görə, nazir Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri 309 rejim hərbçisini zərərsizləşdirib. 
"Bundan başqa, 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 məlzəmə deposu, 1 qərargah binası məhv edilib", - o deyib.
Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-suriyada-309-muzdlunun-oldurulduyunu-aciqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR