Türk əsgərinə qarşı yeni hücuma başlandı – Döyüşlər davam edir

Türk əsgərinə qarşı yeni hücuma başlandı – Döyüşlər davam edir
16:23 28 Fevral 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

İdlibdə 33 türk əsgərinin şəhid edildiyi hücumdan sonra Liviyada da hərbi gərginlik artıb.

Publika.az
xəbər verir ki, dünyanın diqqəti İdlibdə olduğu bir vaxtda Liviyada Xəlifə Haftar gücləri paytaxt Trablusa hücuma keçib.

Şəhərin müxtəlif yerlərinə eyni zamanda top və raketlərlə atəş açılıb. Nəticədə böyük miqdarda maddi zərər dəyib. Mitiqa hava limanı hücumdan sonra uçuşları dayandırıb.

Yerli mənbələrin məlumatına görə, Haftar gücləri Trablusun Əbu Salim bölgəsinə hücumlarını davam etdirir.

Qeyd edək ki, Türkiyə Liviya Milli Hökumətinə dəstək verir. Hazırda paytaxt Trablus və strateji obyektlər türk əsgərləri tərəfindən müdafiə olunur. İdlibdə Rusiyanın türk əsgərlərinə hava hücumundan dərhal sonra Moskvanın dəstəklədiyi Haftarın da hücuma keçməsi diqqət çəkir. Ekspertlər Liviyadakə hücumun arxasında da rusların dayandığını qeyd edirlər.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/306374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR