Avropa Birliyindən İdliblə bağlı ilk AÇIQLAMA

"İdlibdə artan gərginlik təcili durdurulmalıdır. Gərginliyin beynəlxalq açıq hərbi çatışmaya çevrilmə riski var".

Metbuat.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti təmsilçisi Josep Borrel "Tvitter" hesabındakı paylaşımında qeyd edib. Eyni zamanda gərginliyin qəbuledilməz humanist problemlərə yol açdığını və sivil insanları təhlükəyə atdığını deyən Borrel hər iki tərəfə çağırış edərək üzüntüsünü çatdırıb.

Borrel Avropa Birliyinin hər iki tərəflə təmas halında olduğunu bildirib.

Qeyd edək ki, bu gecə Əsəd rejiminin hücumu nəticəsində İdlibdə 33 türk əsgəri şəhid olub, 32 əsgər yaralanıb.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR