“Ona-buna lağ edən “oxuyançik” - Xatuna sərt sözlər yazdı

“Ona-buna lağ edən “oxuyançik” - Xatuna sərt sözlər yazdı
18:37 28 Fevral 2020
261 Şou
Ölkə mətbuatı
A- A+

Şairə Nazilə Səfərli ad çəkmədən küsülü olduğu müğənni Xatun Əliyeva barədə paylaşım edib.

Buna isə ötən gün axşam.az-da yayımlanan "Xatunla Rüfətin dueti erməni mahnısı imiş" başlıqlı xəbər olub.

N.Səfərli Xatunu tənqid edərək ona qarşı sərt ifadələr yazıb:

"Ona-buna lağ edən "oxuyançik", Allah payını verdi. Erməni ilə şəklin yan-yana qoyulub. Özü də oğurluq üstündə. Bu mükafatın ölümə bərabərdir. Get indi 30 manatlıq hədiyyələri verən kəslərdən hallallıq al, gör verən olacaq? Lağ etmədiyin adam qalmadı. Hamının adına şəbədə qoşdun. Bu da cavabı. Atalar demiş, böyük loxma ye, böyük söz danışma".

Şairə Xatunla duet oxuyan Rüfət Axundovu nəzərdə tutaraq "Üzüldüyüm bir nüans var ki, qurunun oduna yaş da yandı" deyə, bildirib.

Qeyd edək ki, sənətçilər arasındakı qalmaqal uzun müddətdir davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/829779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR