VR eynəklərin ölçüsünü kiçildəcək yeni ekran təqdim edildi

VR eynəklərin ölçüsünü kiçildəcək yeni ekran təqdim edildi
22:57 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Yaponiyanın texnologiya nəhəngləri tərəfindən qurulan Japan Displey şirkəti, VR (virtual reallıq) eynəklərinin ölçülərini kiçildəcək yeni ekranlarını tanıtdı. Şirkət, VR eynəklərdə daha kiçik ekran və daha yüksək piksel sıxlığına diqqət ayırır.

VR dəstlər üçün bu il reallaşdırılan araşdırmalar əsasən eynəkləri kiçiltməyi və piksel sıxlığı əmsalını artırmağı məqsədi güdür. Sony, Hitachi və Toshiba tərəfindən dəstəklənilən Japan Displey (JDI), daha kiçik və daha yüngül VR eynəklər üçün hazırlanmış, yüksək piksel sıxlığı olan ekranlar hazırladığını açıqladı.

Japan Displey, diaqonal olaraq 2,1 düym olan 1.600x1.600 piksel sıxlığı əmsalındakı cüt LTPS TFT-LCD ekranlı yeni texnologiyasını təqdim etdi. Bu ekranlar 1.058 pp-lik yüksək bir piksel sıxlığı təmin edir. Şirkət, 2018-ci ilin may ayında 3,25 düym və 1.001 pp-lik ekranlarla bənzər bir texnologiyanı tanıtmışdı. Yeni ekranlar, həm ölçü olaraq, həm də piksel sıxlığı əmsalı olaraq daha aşağıdır.

Yeni ekranlar 120 Hz yeniləmə sürəti və 430 cd/m2lik parlaqlıq təmin etməklə yanaşı, VR eynəklərindəki komponentlərin örtdüyü sahəni azaltmaq üçün bucaqlı ekran formaları təqdim edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR