Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa Prezident Administrasiyasında (PA) olub.

Publika.az xəbər verir ki, bu barədə Fazil Mustafa Feysbuk hesabında məlumat verib.

O bildirib ki, görüş PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə baş tutub:

“Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu”.