Ev itində koronavirus aşkarlandı - Karantində qalacaq

Ev itində koronavirus aşkarlandı - Karantində qalacaq
20:12 29 Fevral 2020
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinin Honq Konq bölgəsində ilk dəfə ev heyvanında koronavirus aşkarlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, "The new York Post" Çinin Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, koronavirus daha əvvəl yoluxmuş sahibindən itə keçib.
İtin Honq Konq limanında heyvanlar üçün xüsusi otaqda karantində saxlanıldığı qeyd edilib.

Alimlərin fikrincə, hazırda heyvanların insanlardan virusa yoluxub-yoluxa bilməyəcəyi məlum deyil.

İt sağalana qədər karantində saxlanılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/830014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR