“Azeri Business Award” mükafatları təqdim edildi

“Azeri Business Award” mükafatları təqdim edildi
14:22 2 Mart 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 29-da “Buta Palace”da biznes sahəsində 2019-cu ilin yekunları üzrə “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə bir neçə ölkənin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edirdi.
Tədbirə həmçinin Gürcüstanın Batumi şəhərinin meri Laşa Komaxidze başda olmaqla nümayəndə heyəti də qatılıb. 
Laureatlar iqtisadiyyatın müxtəlif sahələrinin (tikinti materiallarının istehsalı, tibb, bankçılıq, kənd təsərrüfatı və s) nümayəndələri olub. 
“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şerzod Fayziyev layiq görüldü.


Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Fransa, Çexiya, Gürcüstan səfirləri də daxil olmaqla digər ölkələrin diplomatik nümayəndələri də iştirak edirdilər.
“Azeri Business Award” 2019 mükafatının tərəfdaşı “Autolux”, “Faberlic” və “Elite Group”, tədbirin dost şirkətləri isə "SmartFlame”, “iBroker”, “Grante”, “AzNar”, “Minabi” və “King Edward” idi.
"Buta Palace"da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.
Bundan başqa "Azeri Business Award” mükafatının tərəfdaşı Autolux yeni Land Rover Discovery Sport avtomobilinin təqdimatını keçirdi.
Qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.
Tədbirin informasiya tərəfdaşları: Apa.az, Lent.az, Marja.az, News.az, Vesti.az, KaTV1, Report.az, SIA agentliyi, Urban.az və Navigator.az.


“Azeri Business Award” 2019 mükafatının laureatları
Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şerzod Fayziyev – Ticari-iqtisadi əlaqələrin inkişafına töhfəsinə görə
Namiq Hacıyev, Yağmur-2 şirkətinin direktoru – İşgüzar nüfuz
Mircəlal Kazımi – Transplantalogiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə. İlin həkimi
Vüsalə Mahirqızı, APA Qrup baş direktoru – İlin iş adamı. KİV
“Premium Bank” ASC – İlin bankı
Max Print Yüksək keyfiyyət standartları. Poliqrafiya xidməti və suvenir məhsulları
Magna (Cahan Sənaye Kompleksi” MMC) İlin brendi
Zeytun Pharmaceuticalsİlin apteklər şəbəkəsi
Garden Palace (Caspian Service)İlin EKO layihəsi
HTech Invest İlin İT şirkəti
Range Rover Velarİlin lüks avtomobili
Kartmane (“Rabitəbank” ASC)İlin bank məhsulu
Gold ButaMilli ənənələrin və koloritin təbliğinə töhfəsinə görə
Shahenshah – Təbii şirələr bazarında ilin ticarət nişanı
Fab Boya Boya və kimya sənayesi sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Elatus – İlin moda evi
ARIS Yüksək keyfiyyət standartları. Suvarma sistemləri
CollezioneItaliaLüks seqmentində ilin aparıcı interyer şourumu
XurcunXalq markası
VS Energy Service –İlin şirkəti. Elektrik-montaj işləri və tikinti
New Europe Yüksək keyfiyyət standartları. Əmlak agentliyi
Sobsan Boyaları İlin boya və lak istehsalçısı
SOCAR Petroleum –İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi
Hajiqabul Green House – Kənd təsərrüfatı sahəsində əldə etdiyi yüksək nəticələrə görə
İydə – İlin parfümeriya mağazaları şəbəkəsi
BADAM Patisserie –Azərbaycanın qədim və ənənəvi kulinariya reseptlərinin təbliğinə töhfəsinə görə


Təsisçi və mükafat barədə:

“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 12 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.


“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir.
“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.
Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür. 











Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azeri-business-award-mukafatinin-10-cu-teqdimat-merasimi-kecirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR