Türkiyə Hərbi Hava Qüvvələrinin bəşər Əsəd rejiminə aid “SU-24” tipli iki döyüş təyyarəsini vurduğu əməliyyatın detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti əməliyyatın gizli detallarını əldə edib.

Məlum olub ki, “SU-24”lər 34 türk əsgərinin şəhid olduğu əməliyyata bənzər şəkildə birliklərə doğru istiqamət götürüb. Bundan sonra “İncirlik” bazasından qalxan uzun məsafədəki hədəfləri görmə qabiliyyətinə malik radiolakasiya və “Amraam” raketləri ilə təchiz olunmuş "Akıncı” və F-16 qırıcıları tərəfindən vurulub. Təyyarələrin vurulmasından sonra türk əsgərlərinə qarşı təşkil olunmuş hücumun qarşısı alındı.

Zümrüd