Sumqayıtda iki piyadanı avtomobil vurub

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, yolu keçmək istəyən 2 piyadanı avtomobil vurub. Nəticədə 1994-cü il təvəllüdlü Güləliyev Fuad Murtuzəli oğlu və 1990-cı il təvəllüdlü Rəhimova Lalə Sabir qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (apa.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR