Aİ-nin Çevik Kiber Qüvvələri yaradıldı

Aİ-nin Çevik Kiber Qüvvələri yaradıldı
15:27 5 Mart 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının (Aİ) üzvü olan altı ölkə arasında ötən gün Zaqrebdə Aİ-nin Çevik Kiber Qüvvələrinin yaradılmasına dair memorandum imzalanıb.
“Report” “Sputnik Lietuva”ya istinadən xəbər verir ki, Litva Müdafiə Nazirliyi bu ölkənin rəhbərlik etdiyi beynəlxalq çevik qrupa həmçinin Estoniya, Polşa, Xorvatiya, Niderland, Rumıniyanın da daxil olduğunu, qrupa rəhbərlik edən ölkənin rotasiya qaydasında hər il dəyişəcəyini açıqlayıb.
Həmçinin bu təşəbbüsə müşahidəçi statusunda Belçika, Fransa, İspaniya, İtaliya, Yunanıstan, Sloveniya və Finlandiya da qoşulublar.
Memoranduma görə, iştirakçı ölkələrdən mülki və hərbi ekspertlər qrupu kiber məkanını müşahidə edərək kiber hücumlarla bağlı çevik tədbirlər görəcək, müvafiq araşdırma aparacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ai-nin-cevik-kiber-quvveleri-yaradildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR