Futbol üzrə Fransa çempionatında 28-ci tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki,sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Turun mərkəzi görüşündə "Lill" "Lion"la münasibətlərinə aydınlıq gətirib və minimal hesabla qalib gəlib. "Renn" "Monpelye"ni 5 cavabsız qolla üstələyib. "Sent-Etyen" - "Bordo" matçında isə qalib müəyyənləşməyib.

Lider PSJ bu turda səfərdə "Strasburq"la qarşılaşmalı olsa da, bu oyun təxirə salınıb.

Fransa Liqa 1
28-ci tur
6 mart

Olimpik (Marsel) - Amyen 2:2
Qol: Sanson, 45+1. Payet, 57 - Jirassi, 83-pen. Qoddos, 90+6.

7 mart

Strasburq - PSJ matçı təxirə salınıb

Anje - Nant 2:0
Qol: Bobikon, 48. Tomas, 53.

Dijon - Tuluza 2:1
Qol: Mendil, 40. Aquerd, 53 - Boisqar, 41.

Mets - Nim 2:1
Qol: Nquette, 7. Boye, 81 - Do, 49.

Nitsa - Monako 2:1
Qol: Dolberq, 59; 90+2 - Ben Yedder, 32.

Reyms - Brest 1:0
Qol: Ture, 37.

8 mart

Sent-Etyen - Bordo 1:1
Qol: Bouanqa, 68 - Maya, 65.

Renn - Monpelye 5:0
Qol: Maussa, 9. Hunu, 28; 87-pen. Tait, 68. Del Kastilyo, 73-pen.

Lill - Olimpik (Lion) 1:0
Qol: Remi, 33.

Milli.Az