Uşaqlar Ramil Şeydayevi Rəşad Sadıqovla səhv saldılar

Uşaqlar Ramil Şeydayevi Rəşad Sadıqovla səhv saldılar
13:57 10 Mart 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.
Bu barədə 24 yaşlı hücumçu özünün "Facebook" səifəsində yazıb.
Şeydayev qeyd edib ki, azyaşlı uşaqlar onun kim olduğunu bilməyiblər: "Kürdəmirdən qayıdanda Şamaxıda uşaqlarla futbol oynadıq. Axırda soruşuram ki, tanıdınızmı mən kiməm. Dedilər "hə, Rəşad Sadıqov".
Qeyd edək ki, Ramil Şeydayev dünən Kürdəmirdə yerli sakinlərlə görüşüb, futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/usaqlar-ramil-seydayevi-resad-sadiqovla-sehv-saldilar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR