Kolumbiyada velosiped idmanının trek növü üzrə dünya kubokunun sonuncu mərhələsi start götürüb

Kolumbiyada velosiped idmanının trek növü üzrə dünya kubokunun sonuncu mərhələsi start götürüb
16:48 17 Yanvar 2015
123 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Yanvarın 17-də Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə dünya kubokunun sonuncu – üçüncü mərhələsi start götürüb.
AzərTAc xəbər verir ki, planetin 46 ölkəsindən idmançıların mübarizə apardığı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.
İdmançılarımız yarışın ilk günündə 2 növdə çıxış edəcəklər. Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında 32 idmançı arasında mükafat qazanmağa çalışacaq. Sergey Omelçenko isə 29 velosipedçinin çıxış edəcəyi keyrin növündə mübarizə aparacaq.
Dünya Kubokunun üçüncü mərhələsinə yanvarın 18-də yekun vurulacaq. Yarışın son günündə idmançılarımızdan yalnız Olqa İsmayılova çıxış edəcək. O, keyrin növündə medallar uğrunda yarışacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kolumbiyada_velosiped_idmaninin_trek_novu_uzre_dunya_kubokunun_sonuncu_merhelesi_start_goturub-825524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR