Daha 6 ölkədə koronavirusa yoluxma halları artdı

Daha 6 ölkədə koronavirusa yoluxma halları artdı
14:42 11 Mart 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirus bütün dünyada tüğyan edir və daha 6 ölkədə yoluxma halları artıb. 
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiya, Danimarka, Belarus, Tailand, Maldiv və Cənubi Afrika Respublikasında (CAR) koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilib.
Məlumata görə, virusa yoluxanların sayı Finlandiyada 43, Danimarkada 340, Belarusda 12, Tailandda 59, Maldivdə 8, CAR-da isə 13-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 456-ya çatıb. Bunların 66 666 nəfəri sağalıb, 4 302 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/daha-6-olkede-koronavirusa-yoluxma-hallari-artdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR