Dünyada ilk koronavirus karantini kurortu açıldı

Dünyada ilk koronavirus karantini kurortu açıldı
20:52 13 Mart 2020
164 Dünya
Ölkə mətbuatı
A- A+

Maldiv adalarında koronavirusa yoluxmuş turistlərin təcrid olunması üçün dünyada ilk karantin kurortu açılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunun üçün paytaxt Maledən 24 kilometr məsafədə Vilivaru adasında 10 gün ərzində hotel inşa edilib.

Qeyd olunur ki, dövlət tərəfindən maliyyələşəcək kurortda tibbi personal pulsuz xidmət göstərəcək. Lüks şərait yaradılan hotel 30 nömrədən ibarətdir.

Kurort ərazisinə kənar şəxslərin girişi və müalicə olunanların bir-biri ilə ünsiyyəti qadağan ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/833454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR