İnzibati rəhbər vəzifələrə qəbul imtahanı ləğv edildi

İnzibati rəhbər vəzifələrə qəbul imtahanı ləğv edildi
06:18 14 Mart 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Publika.az-a bildirilib ki, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən imtahanın keçirilməsi təxirə salınıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/307739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR