Türkiyə bir sıra Avropa ölkələrinin vətəndaşları üçün ölkəyə girişi qadağan edir

Türkiyə bir sıra Avropa ölkələrinin vətəndaşları üçün ölkəyə girişi qadağan edir
07:47 14 Mart 2020
101 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə bir sıra Avropa ölkələrinin vətəndaşları üçün ölkəyə girişi qadağan edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün saat 08:00-dan etibarən Almaniya, İspaniya, Fransa, Avstriya, Norveç, Danimarka, İsveç, Belçika və Niderland vətəndaşlarının, o cümlədən adıçəkilən ölkələrdən digər ölkələrin vətədanşlarının da Türkiyəyə girişi qadağan edilir.

Bundan əlavə, Türkiyə vətəndaşlarının adıçəkilən ölkələrə səfərləri müvəqqəti qadağan edilir. Qeyd edilir ki, bu ölkələrin vətəndaşlarının Türkiyədən çıxışına məhduyyətlər tətbiq olunmur.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/833553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR