Dünyanın 9 ölkəsində koronavirusa yoluxanların sayı artdı

Dünyanın 9 ölkəsində koronavirusa yoluxanların sayı artdı
15:12 14 Mart 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Finlandiya, Estoniya, Latviya, İsveçrə, Belçika, Əfqanıstan, Tailand, Filippin və Qanada koronavirusa yoluxanların sayı artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus daşıyıcılarının sayı Finlandiyada 210, Estoniyada 109, Latviyada 26, Belçikada 689, İsveçrədə 1359, Əfqanıstanda 10, Tailandda 82, Filippində 98, Qanada isə 2 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 149 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 146 437-yə çatıb. Bunların 72 572 nəfəri sağalıb, 5 445 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/9-olkede-koronavirusa-yoluxanlarin-sayi-artdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR