Sahibkarlığa Kömək Milli Fondu əlil sahibkarlara 0,8 milyon manat güzəştli kredit verib

17:13 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 31 fiziki cəhətdən qüsurlu sahibkara 0,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yeri yaradılıb.
AzərTAc xəbər verir ki, belə müəssisələrdən biri də “Əlillərin və Şəhid Ailələrinin Sona Müəssisəsi” MMC-dir. Fond müəssisənin yaradılmasına 97 min manat həcmində güzəştli kredit verib. 20 Yanvar əlili Sona Atayevaya məxsus müəssisədə 15 həmkar fəaliyyət göstərir. Onlar müxtəlif əl işləri və suvenirlər hazırlayırlar.
Fonddan bildirdilər ki, hazırda əlillər iqtisadiyyatın müxtəlif sahələrində çalışır və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Onların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlər görülür. Əlillərin sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, onların sahibkarlığa cəlb olunması belə tədbirlərdəndir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahibkarliga_Komek_Milli_Fondu_elil_sahibkarlara_08_milyon_manat_guzestli_kredit_verib-825537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR