Ekvadorda koronavirusun sürətlə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub.

Milli.Az Day.Az-a istinadən bildirir ki,bu barədə ölkə Prezidenti Lenin Moreno qərar imzalayıb.

Fövqəladə vəziyyətin qaydalarına əsasən, ölkədə qadağa saatı axşam 21:00-dan səhər 05:00-a qədər davam edir. Eyni zamanda, vacib ehtiyaclar olmadığı sürəcə vətəndaşların evdən çölə çıxmamaları tövsiyə edilir. Ölkədə tibb, hüquq-mühafizə işçiləri və xilasedicilərdən savayı, bütün dövlət strukturlarında iş dayandırılıb.

Son məlumata görə, Ekvadorda koronavirusa yoluxanların sayı 58, bu virusdan ölənlərin sayı isə 2 nəfər qeyd edilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 160 mini, ölənlərin sayı isə 6 mini keçib.

Milli.Az