Bakı, 24 may, AZƏRTAC
Hindistanın Cənubi Andxra-Pradeş və Telenqana ştatlarında isti hava qurbanlarının sayı 330 nəfəri keçib. Burada havanın temperaturu normanı 5-7 dərəcə üstələyərək, 48 dərəcəyə yüksəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti evsiz insanlardır. Meteoroloqların sözlərinə görə, havanın temperaturu yaxın günlərdə düşməyəcək.
Yerli hakimiyyət orqanları insanlara bu günlərdə küçəyə çıxmamağı məsləhət görür və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.