İstanbulda koronavirusdan qorunmaq məqsədilə saxta içki qəbul edərək ölənlərin sayı 20-ə çatıb. 34 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu şəxslərin hamısı Türkmənistan vətəndaşlarıdır.

Onların yaşadıqları evlərdə aparılan araşdırma zamanı təmiz spirtdən hazırlanmış saxta içki aşkarlanıb.

Faktla bağlı yeddi nəfər saxlanılıb.

Milli.Az