“Report”un məlumatına görə, bu barədə Cənubi Koreyanın hərbi qərargahına istinadən “Ryonhap” agentliyi xəbər verir.
"Şimali Koreya Yapon dənizinə tərəf tanınmamış mərmi atıb", - xəbərdə deyilir.
Bu, ayın əvvəlindən KXDR-in artıq üçüncü mərmi sınağıdır. Martın 2-də KXDR Yapon dənizinə tərəf iki mərmi atıb, martın 9-da Koreya Xalq Demokratik Respublikası kiçik mənzilli raketlərin müxtəlif növlərinin sınağını keçirib.
Ötən il Şimali Koreya 13 raket və reaktiv mərmini sınaqdan keçirib. BMT bunu Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması adlandırıb.