Bakıda keçiriləcək daha bir beynəlxalq yarış təxirə salındı

Bakıda keçiriləcək daha bir beynəlxalq yarış təxirə salındı
13:38 23 Mart 2020
229 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Publika.az-ın Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sayca 16-cı mundial 14 - 16 mayda təşkil olunmayacaq. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/308562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR