Hindistanda yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbilə artan ölüm və yoluxma halları hökuməti ay sonuna qədər küçəyə çıxma qadağasını reallaşdırmağa sövq edib.

Publika.az
xəbər verir ki, baş nazir Nerandra Modinin Kabineti yerli vaxtla saat 07:00-21:00 arasında küçəyə çıxma qadağasının 31 marta qədər davam etdiriləcəyini açıqlayıb.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) koronavirus tədbirləri çərçivəsində bütün təyyarə səfərlərinin 2 həftə müddətində dayandırılacağını bildirib.

Rusiyada isə COVİD-19-a yoluxma faktı 438-ə çatıb. Buna görə də 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması qadağan edilib. Eyni qadağa Türkiyədə də qüvvəyə minib.