ABŞ-da koronavirusa yoluxanların sayı 33 453, ölənlərin sayı isə 400-ə çatıb

ABŞ-da koronavirusa yoluxanların sayı 33 453, ölənlərin sayı isə 400-ə çatıb
19:47 24 Mart 2020
188 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bazar ertəsi ölkə boyu koronavirusa yoluxanların sayının 33 453, ölənlərin sayının isə 400-ə çatdığını bildirib.

Koronavirus halları bütün 50 ştatda və Kolumbiya mahalında qeydə alınıb.

Hazırda COVID-19-un yeni episentri Nyu-Yorkdur. Nyu-York ştatında təqribən 16 000 təsdiqlənmiş yoluxma halı var ki, cümə günü bu rəqəm 5100, bir həftə əvvəl isə 800-dən çox idi.

Federal Həbsxanalar Bürosunun (BOP) bildirdiyinə görə, koronavirusun sürətlə yayıldığı Nyu-York kimi şəhərlərin həbsxanalarındakı bəzi məhkumlar ölkənin digər bölgələrindəki həbsxanalara köçürülür.

AFGE Yerli Həbsxanalar Şurasının prezidenti Şeyn Fosi baş prokuror Villiam Barrdan virusun yayılması nəzarət altına alınanadək məhbusların digər həbsxanalara köçürülməsinin dayandırılması üçün presidentsiz ölçülər götürməsini istəyib.

122 həbsxanaya nəzarət edən Federal Həbsxanalar Bürosu dövlət və yerli həbsxanalarda ziyarətləri təxirə salmaq kimi tədbirlər həyata keçirib.

ABŞ prezidenti Donald Tramp zorakılıq ittihamı olmayan məhbusların azadlığa buraxılmasına icazə verilməsinə dair sərəncamı nəzərdən keçirdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR