Fransada COVID-19 epidemiyasına qarşı daha səmərəli mübarizə aparmaq məqsədilə rəsmi olaraq fövqəladə sanitar vəziyyət rejiminin tətbiqinə başlanılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq bir neçə həftədir Fransa ərazisində yayılmağa başlamış koronovirus epidemiyasına qarşı mübarizəni gücləndirmək məqsədilə fövqəladə sanitar vəziyyət rejimi martın 24-dən etibarən 2 ay müddətində tətbiq olunacaq.
Ölkədə COVID-19 daşıyıcılarının sayı 20 minə yaxındır, koronovirusdan ölənlərin sayı 860-a çatıb ki, bunun da 186-sı son 24 saat ərzində qeydə alınıb.
Milli.Az