30-dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusdan ölüb

30-dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusdan ölüb
14:57 25 Mart 2020
153 Dünya
Ölkə mətbuatı
A- A+

30-dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusun qurbanı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, hazırda ölənlərin Türkiyəyə gətirilməsi üçün işlər aparılır.

Həmin şəxslərin hansı ölkələrdə ölməsi açıqlanmayıb.

Nazirin sözlərinə görə, hökumət Türkiyədə infeksiyanın yayılmasının qarşısını almaq üçün əlindən gələni edir.

Qeyd edək ki, bu günədək Türkiyədə 1 842 nəfər koronavirusa yoluxub, 44 nəfər vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR