İranda koronavirus daşıyıcılarının sayı 30 minә yaxınlaşıb

İranda koronavirus daşıyıcılarının sayı 30 minә yaxınlaşıb
14:37 26 Mart 2020
182 Dünya
Ölkə mətbuatı
A- A+

İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 29 406 nәfәrә çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusa 2 389 nəfәr yoluxub.

Cahanpur әlavә edib ki, ötәn sutkada 157 nәfәrin bu virus nәticәsindә ölmәsi öz tәsdiqini tapıb. Belәliklә, İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 2 234 nәfәr ölüb. Tәxminәn 2 746 nәfәrin vәziyyәti ağır qiymәtlәndirilir.

Nazirlik rәsmisi 10 457 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

Cahanpur bildirib ki, İranda 50,8 milyon nәfәr koronavirus testindәn keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR