Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, Türkiyə XİN-dən verilən məlumata görə, nazirlə NATO baş katibinin telefon söhbəti zamanı yeni növ koronavirusla (COVİD-19) mübarizə məsələləri müzakirə edilib.

Məsələ ilə bağlı NATO-nun hansı tədbirləri görəcəyi, habelə 2-3 apreldə NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə toplantısı da müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR