"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib
10:32 28 Mart 2020
192 Digər
Ölkə mətbuatı
A- A+

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.
"Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik.
Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin", - deyə qurum bəyan edib. 







Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakubus-avtobuslarinda-sosial-mesafenin-gozlenilmesi-qaydalari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR