Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alındı

Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alındı
12:57 28 Mart 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin (CM) 177.2.2; 177.2.3-cü (oğurluq) maddələrinə əsasən təqsirli bilinərək həbs edilən Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə metamfetamin və 0,047 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
CM-in 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tecridxanaya-narkotik-kecirmek-cehdlerinin-qarsisi-alindi-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR