"Mən gözlərimə inana bilmirəm, küçəyə bir dəfə çıxa bilirik"

"Mən gözlərimə inana bilmirəm, küçəyə bir dəfə çıxa bilirik"
07:37 29 Mart 2020
182 İdman
Ölkə mətbuatı
A- A+

"Everton"un baş məşqçisi Karlo Ançelotti koronavirus epidemiyasından sonra İngiltərədəki vəziyyəti şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis durumun çox ciddi olduğunu bildirib:

"Mən gözlərimə inana bilmirəm. Küçəyə bir dəfə çıxa bilirik. Hər yerdə polislər var. Hökümət çox güclü işləyir. İnsanlar səhiyyəyə inansalar da, təşviş içindədirlər.

Hamı çalışır ki, tək yaşayan yaşlılara kömək etsin. Klub da bunun üşün yaxşı işlər görür. Hamıya yardım etməyə çalışır. Öyrəşmədiyimiz bir həyat tərzi keçiririk. Bu, bizi çox dəyişəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR