x
Loading...

Jack Ma və Alibaba Azərbaycana tibbi yardım göndərəcək

Jack Ma və Alibaba Azərbaycana tibbi yardım göndərəcək
11:57 29 Mart 2020
157 Ölkə
Ölkə mətbuatı
A- A+

"Jack Ma" və "Alibaba" fondları koronavirusa qarşı mübarizə aparmaq üçün yeddi ölkəyə - Azərbaycan, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Vyetnama tibbi yardım göndərəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumilikdə, bu yeddi ölkə ümumilikdə 1,7 milyon maska, 165 min test dəsti, həmçinin qoruyucu geyim, süni nəfəs aparatı və frontal termometr alacaq.

Xatırladaq ki, "Jack Ma" "Alibaba Group"un təsisçisi Cek Ma tərəfindən 2014-cü ilin dekabrında təsis edilib. "Alibaba" fondu isə 2011-ci ilin dekabrında yaradılıb.

Bu fondlar ətraf mühit barədə məlumatlılığın artırılması, təhsil məsələləri, su ehtiyatlarının mühahifəzisinin maliyyələşdirilməsi məsələləri ilə məşğul olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/837383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR