PSJ-nin qapıçısı ölkəsinə getmək üçün 200 min dollar xərclədi

PSJ-nin qapıçısı ölkəsinə getmək üçün 200 min dollar xərclədi
17:32 29 Mart 2020
144 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın PSJ klubunun futbolçusu Keylor Navas koronavirus pandemiyasına görə ölkəni tərk edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, kosta-rikalı qapıçı vətəninə icarəyə götürdüyü xüsusi təyyarə ilə yollanıb.
34 yaşlı qolkiper bunun üçün 200 000 ABŞ dolları xərcləyib.
Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva klubdan icazə alaraq, ölkələrinə qayıdıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/psj-nin-qapicisi-olkesine-getmek-ucun-200-min-dollar-xercledi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR